Geri Ödəmə

Geri Ödəmə Siyasəti

Geri Ödəmə Siyasəti

1. Ümumi Şərtlər
Epingame.az olaraq, müştəri məmnuniyyətini ön planda tuturuq. Lakin satdığımız məhsulların təbiəti nəzərə alınaraq, bəzi istisnalar tətbiq olunur.

2. Rəqəmsal Məhsullar üçün Geri Ödəmə
Satdığımız məhsullar tamamilə rəqəmsaldır (E-Pin, oyun valyutası, CD key və s.) və bu məhsullar alındıqdan sonra avtomatik olaraq istifadə edilə bilər. Bu səbəbdən:

  • İstifadə olunmuş və ya sistemdə "aktiv edilmiş" məhsullar üçün geri ödəmə mümkün deyil.

  • Yanlış platforma və ya oyun seçimi ilə alınan məhsullarda geri ödəmə edilmir.
    (Məsələn: PUBG Mobile üçün nəzərdə tutulan kodun Valorant üçün alınması halında məsuliyyət alıcıya aiddir.)

3. Geri Ödəmə Edilə Bilən Hallar
Aşağıdakı hallarda geri ödəmə və ya məhsulun yenisi təmin edilə bilər:

  • Kodun texniki səbəbdən işləməməsi (araşdırmadan sonra təsdiq edilərsə)

  • Sistem səhvi səbəbindən yanlış məhsul göndərilməsi

  • Ödəniş edilib, amma məhsul çatdırılmayıbsa (və ya sistemdə status gözləmədə qalıbsa)

4. Geri Ödəmə Edilməyən Məhsullar
Aşağıda göstərilən kateqoriyalar üçün geri ödəmə qəti şəkildə edilmir:

  • Discord Nitro

  • Google Play gift card

  • Apple Gift Card

  • Netflix Gift Card

  • İstifadə edilmiş bütün E-Pin və CD Key məhsulları

5. Geri Ödəmə Proseduru
Geri ödəmə üçün aşağıdakı məlumatlarla birlikdə bizimlə əlaqə saxlayın:

  • Sifariş nömrəsi

  • Alış tarix və vaxtı

  • Məhsul adı və alınan kod

  • Problemin qısa təsviri və ekran görüntüsü (əgər varsa)

Hələ də sualınız var?

If you still have a question, you can submit a support request here.   Contact Support

Bu saytda kukilərdən istifadə olunur. Saytı nəzərdən keçirməyə davam etməklə siz kukilərdən istifadəmizlə razılaşırsınız.